Gerye Gəncədə valideynlərini itirən uşağın fotosunu paylaşdı
14.10.2020 , 18:51

“Qarabağ”ın futbolçusu Donald Gerye Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror nəticəsində valideynlərini itirən uşaqla bağlı paylaşım edib.
Korner.az xəbər verir ki, 31 yaşlı haitili oyunçu azyaşlının valideyninin məzarı üzərindəki fotosunu paylaşaraq üzüntüsünü bildirib.
