Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” Gürcüstanın “Samtredia” klubuna 5:0 hesabı ilə qalib gəlib.
Korner.az-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Samtredia”nın baş məşqçisi Georgi Tsetsadze jurnalistlərin suallarını cavablandırıb:
– Oyundan öncə çox iddialı danışmışdınız. “Qarabağ”ı keçə biləcəyinizi bildirmişdiniz. Nə deyə bilərsiniz?
– Oyundan öncə hər bir komandanın şansları olur. Bu, normaldır. Ancaq oyunda şansımız olmadı. Hələ cavab oyunu var.
– Hakimlik barədə nə deyə bilərsiniz?
– Hakimliyi müzakirə etmək istəmirəm. Oyuna baxacağıq və fikrimizi bildirəcəyik?
– İlk penaltidə hakimin səhvi vardımı? Bu, sizin oyununuza təsir etdimi?
– Biz hakimə görə uduzmadıq. Rəqib daha güclü idi. Heç kimi günahlandırmaq olmaz. Bütün günah özümüzdə idi.
– Belə başa düşdük ki, “Qarabağ”ın belə heyətlə meydana çıxacağını və belə oynayacağını gözləmirdiniz…
– Xeyr, “Qarabağ”ın belə heyətlə oynayacağını gözləyirdik.
– Keçən mövsüm də “Qəbələ”yə 5 top fərqi ilə uduzmuşdunuz. Bakını sizin üçün uğursuz şəhər hesab etmək olarmı?
– Sadəcə, Azərbaycanın klub futbolu daha güclüdür.
