Topaz Premyer Liqasının XIV turunda “Simurq” Zaqatalada “İnter”ə 1:0 hesabı ilə qalib gələrək yenidən turnir cədvəlində liderliyi ələ keçirdi.
Korner.az-ın məlumatına görə, “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze oyundan sonra öz fikirlərini bildirib.
“Komandamın əzmkarlığından razı qaldım. Üç xal qazanmaq istəyirdik, buna nail olduq. Növbəti oyunların hamısında yaxşı çıxış etməliyik ki, "altılıq"da yerimizi təmin edə bilək”.
