Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Rəvan” üzərində qələbə qazanan “Simurq” növbəti mərhələyə vəsiqə qazandı.
Korner.az-ın məlumatına əsasən “Simurq”un baş məşqçisi Georgi Çixradze oyundan sonra fikirlərini bildirib:
“Mərhələnin taleyi bir oyunla həll olunur. Ona görə də nəticə vacibdir. Biz bu gün yaxşı oyun sərgilədik və qollar vurduq. Qələbə münasibəti ilə futbolçuları və azarkeşlərimizi təbrik edirəm, onlara təşəkkür edirəm”.
