Topaz Premyer Liqasının 12-ci turunda “Simurq” doğma meydançasında “Neftçi” ilə üz-üzə gəldi.
Oyun “Simurq”un 1-0 hesablı qələbəsi ilə yekunlaşdı:
Korner.az-ın məlumatına görə, “Simurq”un baş məşqçisi Georgi Çixradze oyundan sonra öz fikirlərini bölüşüb:
“Çox vacib oyunda qələbə qazandıq. Biz liderə qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçular oyuna kökləndilər. Çox xallar itirmişik. Bu gün isə çox vacib qələbə əldə etdik. Mən futbolçuları və azarkeşləri təbrik etmək istəyirəm. Fanatlar həmişə bizə dəstək olurlar. Bizim məqsədimiz yaxşı yerlər uğrunda mübarizə aparmaqdı. Həm çempionatda, həm də kubokda mübarizəmiz davam edir”.
