“Hər iki komandaya xallar lazım idi. Çətin oyun oldu. Oyunumuzu müdafiədən qurduq, rəqibi əks-hücumda tutmaq istəyirdik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze deyib.
Gürcü mütəxəssis bu gün Premyer liqanın 19-cu turunda AZAL-la oyunu (1:1) şərh edərkən komandasının azlıqda qalmasına da münasibət bildirib:
"Futbolçumuzun qırmızı vərəqə alması işimizi çətinləşdirdi. Lakin komanda sona kimi mübarizə apardı. Bizim üçün hər oyun vacibdir. Yeni transfer Buşiç komandaya gec qoşuldu, tam uyğunlaşandan sonra daha yaxşı oynayacağına inanıram”.