“Bir hissə oynadıq. İlk yarıda epizodlarımız da oldu. İkinci hissədə isə meydanda yox idik. Oyunu itirdik, müdafiədə kobud səhvlər ucbatından qollar buraxdıq. İlk qol oyunçularımı psixoloji cəhətdən sındırdı”.
Korner.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”ylə matçdan sonra “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.
Qeyd edək ki, oyun 3:0 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.
