ÇL-in II turunda "Neftçi" ilə qarşılaşacaq olan "Zestafoni"nin baş məşqçisi Georgi Çiaberaşvili mətbuat konfransında jurnalistlərə maraqlı açıqlamlar verib.
Korner.az-ın məlumatına görə, çalışdırıcı matça yaxşı kökləndiklərini bunun üçün xaricdə təlim-məşqntoplanışı keçdiklərini bildirib:
"Neftçi" haqqında bir çox şey öyrəndik güclü komandadır. Komanda da güclü legionerlər var. Düşünürəm ən güclü futbolçuları Cavid İmamverdiyev və Flavinyodur".
Ötən mövsüm "Zestafoni"də top qovub bu mövsüm "Kəpəz"ə keçən Qoqa Beranın onlara məlumat verməsi barədə xəbərləri təkzib edən Çiaberaşvili sözlərinə bu cür davam edib:
"Neftçi" ilə bağlı nə lazımdırsa öyrənmişik. Onun köməyinə ehtiyacımız yoxdur. Odur ki, bu yalandır".
