"Zestafoni" – "Neftçi" oyunundan sonra reqibin baş məşqçisi Georgi Çiaberaşvili açıqlamasında deyib: “Onu deyə bilərəm ki, “Neftçi” ilə oyunda güclü tərəf qalib gəldi. Mən rəqibi növbəti mərhələyə çıxmaq münasibətilə təbrik edirəm”.
Korner.az– ın məlumatına görə Georgi Çiaberaşvili postundan getmək haqqda düşünmür : “Çünki güclü komandaya uduzmuşuq. Mən məğlubiyyətin səbəbləri haqda danışmaq istəmirəm. Fakt odur ki, biz mübarizəni dayandırmışıq. Biz də növbəti mərhələyə çıxmaq istəyirdik. Ancaq təəssüf ki, bunu bacarmadıq və “Neftçi” bizdən güclü olduğundan, növbəti mərhələyə çıxdı”.
