Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" – "Simurq" oyunu 0-0 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra baş məşqçilər fikirlərini bölüşüb:
George Çıxradze: "Çətin oyun oldu. Qarabağa qalib gələ bilərdik. Rəqib topa daha çox sahib oldu. Amma 1 xalı da yaxşı nəticə hesab edirəm. Növbəti oyunlara hazırlaşacağıq".
Qurban Qurbanov: "Çətin və yaxşı oyun oldu. “Simurq” hücum futbolu oynamağa çalışırdı. Qalib gələ bilərdik. Oyunçularıma iradım yoxdu. Tək narazılığım top itkiləri idi. “Neftçi” ilə oyuna hazırlaşacağıq".
