Topaz Premyer Liqasının XV turu “Simurq” üçün uğursuz oldu. Zaqatala təmsilçisi hesabat turunda səfərdə “Sumqayıt”a 1-2 hesabı ilə uduzdu.
Korner.az-ın məlumatına görə, “Simurq”un baş məşqçisi George Çixradze oyundan sonra fikrilərini bildirib:
“Oyun hərəkətli keçdi. Əgər qol vəziyyətin varsa, bundan yararlanmaq lazımdır. Oyunda bunu bacarmadıq. Düzdür, ilk qolu biz vurduq. Qoldan sonra da hücum edən tərəf biz idik. Bərabərlikdən sonra hesabda yenidən dəyişiklik etmək istədik. Amma bütün bu imkanlardan yararlana bilmədik”.
