“Baxımlı oyun izlədik. İkinci hissənin əvvəlində qapımızda qol gördük. Bundan sonra futbolçularımız təzyiqi artırdı. Rəqib futbolçunun öz qapısına vurduğu qolla olsa belə, hesabı bərabərləşdirdik. Son saniyələrdə buraxdığımız qol isə məğlub olmağımıza səbəb oldu”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”ylə oyundan sonra “Simurq”un baş məşqçisi George Çixradze deyib.
Qeyd edək ki, zaqatalalılar rəqibinə 2:1 hesabı ilə məğlub olublar.
