Topaz Premyer Liqasının XXIX turuna Qəbələdə yekun vuruldu.
Korner.az-ın məlumatına görə, həmin oyunda “Qəbələ” “Simurq” üzərində 1-0 hesablı qələbə qazandı.
Oyundan sonra qonaqların çalışdırıcısı George Çixradze:
“Gərgin oyun alındı. Biz qol epizodları yaratsaq da, bundan istifadə edə bilmədik. Rəqibin standart vəziyyətdən vurduğu bir qol oyunun nəticəsini müəyyənləşdirdi. Rəqib qol vurduqdan sonra açıq futbol sərgilədik. Amma yenə istədiklərimizi həyata keçirə bilmədik”, – fikirlərini səsləndirib.
