“Gent” – “Qarabağ” oyunu 32 avroya
20.02.2023 , 18:35

Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında keçiriləcək “Gent” (Belçika) – “Qarabağ” matçını izləmək və Azərbaycan təmsilçisini dəstəkləmək istəyənlər biletləri oyun günü – fevralın 23-ü 19:00-dan 21:00-dək “KAA Gent” stadionunun G qapısından ala bilərlər.
Korner.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletin qiyməti 32 avrodur. Bilet alarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyiniz vacibdir.
