Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru.Ramiz Zeynalov “Turan Tovuz”a dəstək vəd edib. Milli Məclisin deputatı Qənirə Paşayeva ilə bərabər.
Qərb təmsilçisi gələn mövsümə Premyer Liqadan başlamağa hazırlaşır. AFFA buna etiraz etmir. Əksinə, federasiyanın da marağındadı ki, elitada bölgə təmsilçilərinin sayı artsın.
Tərəflər arasında danışıqlar davam edir. Hələlik qeyri-rəsmi şəkildə. Zeynalov klubun təşkilati problemlərini həll etməyə və maliyyə xərclərinin 1/3 hissəsini ödəməyə razılıq verib. Paşayeva isə “Turan”a yeni sponsorların cəlb olunmasında vasitəçilik edə biləcəyini söyləyib. (sportinfo)
