Gedson üçün İtaliyadan təklif
15.05.2023 , 13:17

“Beşiktaş”ın futbolçusu Gedson Fernandes karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, futbolçu ilə “Latsio” klubu maraqlanır.
İtaliya mətbuatının yazdığına görə, “Latsio” “Beşiktaş” rəhbərliyinin portuqaliyalı futbolçu üçün istədiyi 20 milyon avronu ödəməyə hazırdır.
Satılacağı təqdirdə bu pulun 10 milyon avrosu “Benfika”nın kassasına daxil olacaq.
Bu mövsüm “Beşiktaş”ın heyətində 33 oyun keçirən Gedson 5 məhsuldar ötürmə edib.
