“Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində Polşaya səfəri yubanır.
Korner.az apasport.az-a istinadən xəbər verir ki, məlumatına görə, bu, “Lex”lə cavab oyunun keçirmək üçün nəzərdə tutulan çarter reysinin gecikməyi ilə bağlıdır. Lənkəranlılar bu gün saat 15:00-da Rusiyanın “Aeroflot” şirkətinə məxsus 120 nəfərlik təyyarə ilə Poznana yollanmağı nəzərdə tutulub.
Ancaq reys naməlum səbəblərdən gecikir və bunun 4-5 saat çəkəcəyi istisna edilmir.
