Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Simurq” – “Qəbələ” oyununda qapılara qol vurulmadı. Buna baxmayaraq, “Simurq” iki oyunun nəticəsinə görə növbəti mərhələyə adladı
Korner.az-ın məlumatına görə, “Simurq”un çalışdırıcısı Giorgi Çixradze oyundan sonra bunları deyib:
“Növbəti mərhələyə adlamaq vacib idi. Biz ilk oyunda uğurlu futbol sərgiləmişdik, qələbə qazanmışdıq. Amma buna baxmayaraq, arxayınlaşmamışdıq. Meydançaya çıxıb, öz oyunumuzu sərgilədik. Artıq kuboku unutmalı və çempionatın növbəti görüşünə hazırlaşmalıyıq”
