big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Gələcəkdə bu sistem azarkeşlər üçün də maraqlı olacaq.

25.01.2021 , 12:40

Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi məşqlərini gündə 2 dəfə olmaqla Bakı İdman Sarayında həyata keçirir.

Karyerasını ölkə xaricində davam etdirən futzalçılar komandaya bu gün qoşulacaq. Baş məşqçi Joze Alesio Da Silva müsahibəsində də qeyd etdiyi kimi, yalnız İsa Atayev fərdi çalışmalarla kifayətlənir.

Futzalçı tezliklə komandaya qoşulacağını, oyuna hazır olacağını bildirib. Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verən Atayev zədəsi ilə bağlı bunları deyib:

“Zədə üzündən fərdi qaydada məşq edirəm. İki gündən sonra komanda ilə birgə çalışmalara qoşulacağam. Həkim oyuna qədər tam hazır olacağımı deyib. Özüm də bu qarşılaşmalarda meydana çıxmağı, komandama kömək etməyi çox istəyirəm”.

Hazırlıqla bağlı da danışan təcrübəli futzalçı vaxt azlığının və ilk gündən tam heyətlə məşq etməməyin çətinlik yaradacağını qabardıb:

“Baş məşqçi də artıq komandanın yanındadır. Plan üzrə çalışmalarımız davam edir. Əlbəttə, tam formaya düşmək, oyuna istədiyimiz kimi hazır olmaq üçün vaxtımız azdır. İndi yaradılmış imkandan mümkün qədər istifadə edirik. Komanda olaraq hələ tam yığışmamışıq. Başqa klublarda çıxış edən oyunçularımız hələ milliyə qoşulmayıb. Əgər heyətin bütün üzvləri ilk gündən bir yerdə olsaydı, yəqin ki, effekt daha çox olardı”.

Rəqibləri də dəyərləndirən 32 yaşlı hücumçu millimizin qrupu lider kimi başa vuracağına şübhə etmir:

“Qrup mərhələsinə Slovakiya ilə duellə start verəcəyik. Reytinq cədvəlinə uyğun fikir bildirsək, favorit Azərbaycan millisidir. Slovakiya bu yolda əsas rəqibimizdir. Moldovanı da kiçiltmək olmaz. Yunanıstana gəldikdə, bu komanda ilkin mərhələdən mübarizəyə başlayıb və pley-off-da Türkiyə millisini səfərdə vurduğu qolların yaratdığı üstünlük sayəsində mübarizədən kənarlaşdırıb. Onlar nə Slovakiyadı, nə də Moldova. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdir. Bunun üçün də yaxşı start götürməliyik. Slovakiya ilə son 2 ildə 2 dəfə qarşılaşmışıq. Çətin rəqibdir, amma udmaq mümkündür. Məncə, qrup mərhələsini lider kimi başa vuracağıq və məqsədə çatacağıq”.

Atayev yeni format haqda da danışıb:

“İlk dəfə qrup mərhələsi ev-səfər sistemi ilə keçiriləcək. Bu format daha maraqlı olacaq. Çünki hər bir rəqiblə iki oyun keçirəcəksən. Təəssüf ki, pandemiya ilə əlaqədar oyunlar azarkeşsiz keçirilir. Ancaq gələcəkdə bu sistem azarkeşlər üçün də maraqlı olacaq. Artıq hər kəs millini doğma meydanda da izləmək imkanı qazanacaq”.

Futzal üzrə Azərbaycan millisi yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq.

Son yazılar

To Top