Türkiyə Superliqasının XXX turu çərçivəsində dünən "Fənərbağça" səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb.
Korner.az-ın məlumatına görə, çempionluq şanslarını davam etdirmək üçün "sarı lacivərdlilər" dünənki oyunda qələbə qazanmalı idi. Lakin "Fənər" rəqibinin ciddi müqaviməti ilə üzləşib. Meydan sahibləri ilk hissədə vurduğu 2 qolla qələbəni bayram edən tərəf olub.
