Gündəm

Gənclər və İdman Nazirliyi loqosunu dəyişir

02.03.2022 , 15:46

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib.

Korner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Loqo dizaynı özündə gənclər və idmana dair ümumi elementləri ehtiva etməli, orijinal və konseptual görünüşlü olmalıdır.

Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir. Qalib gəlmiş loqo istənilən tərzdə təbliğat məhsullarında istifadə etməyə uyğun olmalıdır.

Son yazılar

Yuxarı