“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində sonuncu – 6-cı turun oyununa çıxıb.
Rəşad Sadıqovun komandası səfərdə “Roma”nın qonağı olub. Görüş İtaliya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu oyun qrupdan çıxmaq şansını itirən hər iki komanda üçün formal xarakter daşıyıb.
5 dekabr
Gənclər Liqası
Çempionlar yolu, qrup mərhələsi
C qrupu,ur
17:30. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) – 3:0
Qollar: Zakaria Sdaiqui, 19, Visente Besujen, 35, Ludoviko Dorazio, 81
Baş hakim: Tihomir Pejin
Roma. “Tre Fontan” stadionu
