Gənc ulduz İngiltərə klubuna keçə bilər
16.04.2025 , 22:00

“Mançester Siti” “Bayer”in futbolçusu Florian Virtsi transfer etmək istəyir.
Korner.az xəbər verir ki, “şəhərlilər” gənc oyunçunu Kevin De Brüyne üçün əvəzləyici hesab edir.
İngiltərə nəhəngi almaniyalı futbolçu üçün 150 milyon avro təzminat ödəməyə hazırdır.
21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün isə illik 25 milyon avroluq maaş təklif olunacaq.
