Gənc ulduz dünyanın ən bahalı oyunçusu oldu
09.06.2025 , 20:46

“Barselona”nın futbolçusu Lamin Yamal dünyanın ən bahalı oyunçusu olub.
Korner.az xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.
17 yaşlı oyunçunun hazırkı bazar dəyəri 200 milyon avroya qədər yüksəlib.
O, bu göstəri ilə Cud Bellinqem (“Real”), Kilian Mbappe (PSJ) və Erlinq Haalandı (“Mançester Siti”) qabaqlayıb.
