Gənc qolkiper “Arsenal”ın tarixinə düşdü
26.09.2024 , 12:30
“Arsenal”ın gənc qapıçısı Cek Porter klubun tarixinə düşüb.
Korner.az xəbər verir ki, o, İngiltərə Liqa Kubokunun 3-cü mərhələsinin ev oyununa “Bolton Uonderers”lə (5:1) matçda meydana çıxmaqla nail olub.
Belə ki, Porter “Arsenal”ın əsas komandasında rəsmi oyun keçirən ən gənc oyunçu olub.
Debüt matçının keçirildiyi gün onun yaşı 16 yaş 72 günlüyü idi.