Gənc oyunçu İngiltərə yolunda
14.08.2024 , 21:58

Ötən mövsüm “Renn”ə keçən Bertuğ Yıldırım klubundan ayrılmağa hazırlaşır.
Korner.az xəbər verir ki, bu barədə Fransa mətbuatında xəbər yer alıb.
Gənc hücumçu “Norviç Siti” ilə razılığa gəlib. İngiltərə klubu Bertuğ üçün “Renn”ə təxminən 5 milyon avro ödəyəcək.
22 yaşlı hücumçu tibbi yoxlanışdan keçmək üçün İngiltərəyə yollanıb.
“Renn”də 28 matça çıxan Bertuğ Yıldırım 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
