Gənc oyunçu futboldan getdi
07.06.2024 , 09:00

“Bursaspor”un gənc futbolçusu Hasan Sabri Karaca futboldan gedib.
Korner.az xəbər verir ki, zədə səbəbindən karyerasını bitirən oyunçu bununla bağlı paylaşım edib:
“Bu gözəl gündə bunu sizinlə bölüşmək həqiqətən çətindir, amma paylaşmalıyam. 10 il əvvəl qapısından girdiyim “Bursaspor”dan, uşaqlıq sevgim olan futboldan ayrılmalıyam. Bu qərarı verməyim son dərəcə çətindir. Amma keçirdiyim 4 əməliyyatdan sonra futbola davam edə bilmərəm. Bu forma ilə sevinci, kədəri, qüruru və xəyalları yaşadım. Ancaq daha sona gəldik”.
