Gənc oyunçu “Çelsi” tarixində nadir göstəriciyə imza atdı
26.01.2026 , 15:30
“Çelsi”nin oyunçusu Estevao “Kristal Palas”la görüşdə nadir göstəriciyə imza atıb.
Korner.az xəbər verir ki, braziliyalı London təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi matçda həm qol vurub, həm də məhsuldar ötürmə edib.
Belə ki, 18 yaş 276 günlük olan Estevao “Çelsi” tarixində eyni oyunda həm qol, həm də məhsuldar ötürmə edən 2-ci ən gənc futbolçu olub.
Bundan əvvəl bu uğura yalnız 1993-cü ildə Nil Şipperli nail olmuşdu. 21-ci əsrdə isə belə bir nəticəyə heç kəs çatmayıb.