Gənc oyunçu Belçika klubuna keçir
29.07.2024 , 12:21

Yeni mövsüm üçün işini davam etdirən “Qalatasaray”da ayrılıq yaşanacaq.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin gənc müdafiəçisi Emin Bayram klubu ilə yollarını ayıracaq.
Futbolçu “Vesterlo”ya keçməyə hazırlaşır.
Belçika klubuna transferi gözlənilən Emin ilə bağlı danışıqlar son mərhələyə çatıb.
21 yaşlı futbolçunun yaxın günlərdə “Qalatasaray”dan rəsmən ayrılacağı gözlənilir.
Emin ötən mövsümü icarə əsasında “Vesterlo”da keçirib. Belçika klubunda 24 matça çıxan gənc müdafiəçi 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
