Gənc oyunçu “Bavariya”ya keçir
02.07.2024 , 13:56

“Bavariya” yeni transferinin keçidini bitirmək üzrədir.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi Xavi Simonsu heyətinə cəlb edib.
Tərəflər arasında razılığın əldə olunduğu, keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənildiyi bildirilir.
Xavinin transfer hüquqları PSJ-yə məxsusdur.
Futbolçu ötən mövsümü icarə əsasında “Leyptsiq”də keçirib.
