Gənc misirli forvard “Barselona”da!
02.02.2026 , 08:45
İspaniyanın “Barselona” klubu heyətini yeni gənc hücumçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı Həmzə Əbdülkərimi ilə razılığa gəlib.
Bu transfer klub tarixində xüsusi əhəmiyyət daşıyır. Həmzə “Barselona” tarixində forma geyinəcək ilk misirli futbolçu olub.
Müqaviləyə əsasən, gənc forvard icarə əsasında komandaya qatılıb və ilkin mərhələdə gənclər komandasında çıxış edəcək.