Gənc futbolçunun yeni klubu
25.11.2024 , 12:40
Vilfrid Boninin oğlu Coffre Boninin yeni klubu rəsmiləşib.
Korner.az xəbər verir ki, o, İngiltərə 2-ci Liqasında oynayacaq.
Gənc oyunçu “Nyuport Kaunti” ilə razılığa gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 19 yaşlı forvardla ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalandığı diqqətə çatdırılıb.