Gənc futbolçunun müqaviləsini yeniləyəcəklər
15.10.2024 , 12:57

“Barselona” futbolçusu Lamin Yamalın müqaviləsini yeniləmək istəyir.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi ulduz oyunçunun sözləşməsini 4 illik uzatmaq fikrindədir.
Tərəflər arasında ilkin danışıqların və şifahi razılığın əldə olunduğu bildirilir.
Gənc ulduzun maaşında da artım olunacağı gözlənilir.
