“Gənc futbolçumuz qol vurduğu üçün sevinirəm” – Qurban Qurbanov
21.12.2019 , 00:44

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Keşlə”yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçından (3:1, ilk oyun – 1:0) fikirlərini bildirib.
Korner.az xəbər verir ki, baş məşqçi qələbəni belə şərh edib:
“Hamımız ilk yarını ağır keçirdik. Bir az istirahətə ehtiyac var. Hərçənd biz az istirahət edəcəyik. Bir neçə günə hazırlığa başlayırıq. Futbolçulara qələbə üçün təşəkkür edirəm. Qələbəyə sevinirik, üçüncü qolu gənc oyunçumuz vurduğu üçün daha çox sevindim”.
