Gənc futbolçu “Real”la davam edəcək
19.03.2025 , 16:15

“Real” Raul Asensio ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Madrid nəhəngi gənc oyunçu ilə müqaviləni uzadacaq.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, Tətərəflər arasında danışıqların davam etdiyi, razılıq əldə olunarsa, uzunmüddətli sözləşmənin imzalanacağı bildirilib.
