“Qarabağ” daha bir futbolçusunu icarəyə verir.
Korner.az-ın məlumatına görə, Murad Səttarlı qış fasiləsindən sonra başqa komandada oynayacaq.
Belə ki, Səttarlı yenidən “Simurq”a dönəcək. “Qarabağ” onu Zaqatala klubuna 6 aylıq icarəyə verəcək.
Qeyd edək ki, Murad ötən mövsüm “Simurq”da icarə əsasında çıxış edib və 33 oyunda 2 qol vurub.
