Gənc futbolçu qəzada həlak oldu
04.01.2020 , 17:30

Fransanın “Genqam” klubunun futbolçusu Natael Julan faciəvi şəkildə həlak olub.
Korner.az xəbər verir ki, 23 yaşlı hücumçu avtomobil qəzası nəticəsində vəfat edib.
O, Liqa 2 təmsilçisində 2018-ci ildən çıxış edirdi.
