Gənc futbolçu ilə nəhəng klublar maraqlanır
09.05.2023 , 17:58

Fənərbağça”nın futbolçusu Arda Gülərin adı İspaniya nəhəngi “Barselona” ilə hallanır.
Korner.az xəbər verir ki, “Barselona” Arda ilə bağlı “Fənərbağça”yla ilk görüşünü keçirdiyi bildirilir.
Futbolçunun da Kataloniya komandasına keçməkdə istəkli olduğu deyilir.
Gənc futbolçu ilə PSJ, “Arsenal”, “Nyukasl” və “Napoli ” kimi klubların da maraqlandığı bildirilir
