Gənc futbolçu bıçaqlandı
27.04.2023 , 20:50
“Antalyaspor”da forma geyinən Mustafa Erdilman hücuma məruz qalıb.
Korner.az xəbər verir ki, o, naməlum şəxslər tərəfindən bıçaqlanıb.
19 yaşlı gənc futbolçu onlardan şikayətçi olmayıb.
Hadisədən sonra müalicə alan Mustafa Erdilmanın səhhətində problemin olmadığı və bir müddət sonra məşqlərə başlayacağı bildirilib.