Azərbaycanlı gənc futbolçu Vasif Mehrəliyev Türkiyə və Ukrayna klublarının maraq dairəsinə düşüb
Korner.az-ın məlumatına görə, hazırda l divizionda mübarizə aparan “Kəpəz” klubunun şərəfini qoruyan futbolçuya qardaş ölkənin “İstanbul Başakşehir”, “Karşıyaka”, “Mərsin İdman Yurdu” “Kayseri Ərciyəspor”, Ukraynanın isə “Karpati Lviv” və “İlliçivets” kimi klubları maraq göstərir. Gənc futbolçu istedadı və göstərdiyi oyunla sözügedən klubların diqqətini çəkməyi bacarıb. Mehrəliyev hazırda “Kəpəz” klubunun əsas heyətində çıxış edir. Futbolçu bundan əvvəl isə “Neftçi” klubunun əvəzedicilərdən ibarət komandasında forma geyinib.
Qeyd edək ki, futbolçunun hazırda çıxış etdiyi “Kəpəz” klubu turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
