Gəncəli azarkeşlər üçün ŞAD XƏBƏR: “Kəpəz”in sponsor problemi həllini tapır
15.01.2025 , 12:09

Premyer Liqanın sponsorsuz komandalarından olan “Kəpəz”də bu problem öz həllini tapır.
Korner.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi nəhayət ki, uzun müddətdən sonra sponsor problemini həll etmək üzrədi. Adı açıqlanmayan şirkət komandanı himayəyə götürmək istəyir. Artıq tərəflər bütün məsələlərdə razılığa gəlib. Əgər “Kəpəz” cari mövsümdə elitada qalmağı bacarsa, yeni sezona daha güclü heyətlə başlayacaq.
Qeyd edək ki, yeni sponsor kluba hazırda da müəyyən vəsait ayırmağı düşünür.
