Topaz Premyer Liqasının 9-cu turunda baş tutan “Kəpəz” – “Neftçi” (0:1) oyunundan sonra gərgin anlar yaşanıb.
Matçdan sonra hakim idarəçiliyindən narazı qalan yerli azarkeşlər qarşılaşmanın hakim-inspektorru, hakimlər komitəsinin sədri Xaqani Məmmədova etiraz ediblər. Məmmədova “sarı-göylər”in fanatları hakimlərin oyunları düzgün idarə etməyini istədiklərini bildiriblər və onu söyüblər.
Fanatlardan biri isə Xaqani Məmmədova belə səslənib: “Belə idarəçilik olmaz. Çox bərbad vəziyyətdəsiniz. Bugünkü idarəçiliyə yüksək qiymət versən, kişi deyilsən”.
Tərəflər arasında yaşanan insidenti mühafizəçilər və klub rəsmiləri sakitləşdirib. (Futbol11.az)
