Gəncədə “IV İslam Həmrəyliyi Oyunları”nın loqosu canlandırılıb.
Korner.az-ın məlumatına görə, “IV İslam Həmrəyliyi Oyunları” ərəfəsində Gəncədə təşkil olunan möhtəşəm fləşmob 6 min gəncin iştirakı ilə keçirilib.
Şəhərin gəncləri Heydər Əliyev adına baş meydana toplaşaraq idman bayramının sevincini yaşayıblar.
Canlı loqonun yaradılmasını şəhər ictimayyətinin nümayəndələri və şəhər sakinləri izləyib.
Qeyd edək ki, nümayiş olunan canlı loqonun təşkilatçısı “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyidir.
