Futbol

Gəncədə futbol festivalı keçirildi

27.05.2022 , 16:12

AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalı keçirilib.

Korner.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən festivalda 11-12 yaşlı uşaqların iştirakı ilə mini futbol turniri təşkil olunub. Turnirdə iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib.

Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Reginal Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.

Son yazılar

Yuxarı