“Gəncə” klubunda ayrılıq
03.01.2025 , 17:50
“Gəncə” klubu voleybolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, qərb təmsilçisi Tailand millisinin üzvü Tiçakorn Bunlertlə vidalaşıb.
Onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.