Gəncə güclüdü” – Aqolli
15.10.2020 , 14:50

“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilmiş terrorla bağlı paylaşım edib.
Hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən albaniyalı müdafiəçi terrordan sonra Gəncədə çəkilən fotonu özünün instqaram səhifəsində “Ganja strong, pray for Ganja” (Gəncə güclüdü, Gəncə üçün dua edin) sözləri ilə paylaşıb.
Oktyabrın 11-də Ermənistan silahlılarının Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 10 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.
