“Sumqayıt” son oyunlar yaxşı oynayır. Futbolçularımı təbrik edirəm. Uşaqlara dedim ki, belə gərgin oyunlar olur. Geridönüş etmək çətin olsa da, bunu bacardıq”.
Korner.az-ın sportal.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 34-cü turunda “Rəvan”a 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
– Pərdis son oyunlar yaxşı formadadır. Onu saxlamaq fikriniz var?
– Gələcəyimiz bilinmir. Bu haqda heç nə bilmirik. Hələ ki qərar verməmişik.
– Xəyal və Nicat sanki həyəcanlı idilər?
– Xəyal və Nicata şans verməliyik. Onlar bişməlidir. Hər ikisinə güvənirəm.
