UEFA Avropa Liqasında “Fənərbağça”nı əvəz edəcək komanda bəlli olub.
Korner.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün keçirilən püşkatma mərasimindən sonra Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq bütün klublar bəlli olub.
Belə ki, püşkatmada Kiprin “Apoel” klubunun adı çıxıb və “Apoel” qrup mərhələsinə vəsiqə qazanıb.