“Fənərbağça” “Sevilya”dan futbolçu gətirir
05.07.2024 , 18:55
Hücumçu axtarışlarını davam etdirən “Fənərbağça” axtardığı oyunçunu tapıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Sevilya”da çıxış edən 27 yaşlı hücumçu Yusif En-Nesirinin keçidini həll edib.
Bu barədə CNN Portuqaliya məlumat yayıb.
Xəbərdə, “Fənərbağça”nın futbolçu üçün 20 milyon avro ödəcəyi bildirilib.
27 yaşlı ulduz hücumçu ötən mövsüm 41 dəfə “Sevilya”nın formasını geyinib, 20 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.