Füzuli Məmmədov püşkü dəyərləndirdi
31.08.2020 , 17:12
“Neftçi” Avropa Liqasının II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq.
Korner.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov klubun saytına açıqlamasında püşkü belə dəyərləndirib:
“Püşkatmadan əvvəl də demişdim, potensial rəqiblərimizdən hansı ilə düşəcəyimizin fərqi yox idi. Çünki üçü də güclü komandalardır. Amma əsas istəyimiz evdə oynamaq idi ki, bu da oldu. “Qalatasaray”la qarşılaşacağıq. Türkiyənin ən böyük komandalarından biridir. Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də hədəfimiz var. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.